Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2019
16:13
715
`Bəzi din xadimləri tərəddüd edir...` - Mübariz Qurbanlı

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclası keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, biz sosial şəbəkələrdə din xadimlərimizin fəallığını dəstəkləyirik:

Sosial şəbəkələrdə bu yöndə iş aparan din xadimləri düz edir, sosial şəbəkələrin auditoriyası genişdir".

M.Qurbanlı qeyd edib ki, müstəqilliyimiz müqəddəsdir: "Siyasilərlə bərabər din xadimləri də müstəqilliyimizə xələl gəlməyə imkan verməməlidir. Cümə xütbələrində hansı imamımız dini dəyərlərimizlə bağlı danışır? Bu onun borcudur, amma imam ölkəmizlə, prezidentimizlə bağlı xalqa çağırışlar edirmi? Ola bilməz ki, ətrafımızdakı hadisələrə biganə qalaq, reaksiya verməyək. Din xadimləri də mövqeyini ortaya qoymalıdır. Ola bilməz ki, rəhbər din xadimiyəm, yaşadığım dövlətin, düşmənin siyasəti ilə bağlı heç nə deməyim. Biz istəyirik ki, din xadimlərimiz öz mövqeyini açıqlasın. Ancaq görürük ki, bəzi din xadimləri tərəddüd edir, dövlət, dövlətin siyasəti ilə bağlı cümə namazlarında, xütbələrində demirlər. Biz başqa dövlətlərdə də bütün bunları görürük. İslam yaranandan bu mövcuddur. Bu halda niyə tərəddüd olmalıdır?"

M.Qurbanlı din xadimlərinin gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşdırılması sahəsində fəallığının zəruri olduğunu vurğulayıb: "Keşiş də, ravvin də dini mərasimlərdə belə hallarla bağlı fikirlərini deyir. Din xadimlərimizin məsciddə dediyi sözlərin daha böyük təsiri var. Məsələn, intiharların dinimizdə yolverilməz olduğun deməyin nəyi pisdir? Bizim dinimiz saf bir dindir. Dini dəyərlərimizi gözdən salmaq istəyənlərə də din xadimləri cavab verməlidir".

Komitə sədri qeyd edib ki, xüms, zəkatı hər kəs öz məscidinə verməlidir: “Bu, həmin yerdə yaşayan əhalinin dini tələbatının ödənməsinə sərf olunmalıdır. Xüms, zəkat ölkədən kənara çıxmamalıdır. Bilirəm ki, xüms, zəkatın də şərti var. Ancaq belə etsək, məncə, Allah da bizim əməlimizi qəbul edər”. (ONA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
123

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
141

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
248

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
155

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 20:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru