Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2019
14:14
372
Bakıda “Formula 2” üzrə ikinci yarışın qalibi müəyyənləşib; 2 zəncirvari qəza baş verib

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin üçüncü günündə Formula 2 üzrə ikinci yarışı başa çatıb.

FaktXəbər-in məlumatına görə, DAMS komandasının pilotu Nikolas Latifi birinci olub.

Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vurublar.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Mükafatları qaliblərə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.

Qeyd edək ki, bugünkü yarışda eyni yerdə 2 qəza hadisəsi baş verib. İlk qəza startdan dərhal sonra 2-ci döngədə baş verib və 3 bolid toqquşub.

Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və yarışın yeganə qadın iştirakçısı Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırıb. Bir qədər sonra “Triden”in digər pilotu Culian Alezi də qəza keçirərək, mübarizəni başa vurub.

İkinci döngədən baş verən ikinci qəzada isə bu dəfə Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorspor) və Luka Qyottonun (UNI-Virtuosi) bolidi səddə çırpılıb. Onların hamısı mübarizəni dayandırıb.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2089

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2678

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
62

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
776

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4033

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
63

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1838

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2468

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3324

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2050

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1484

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2989

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

18

İyun
11:49
NƏQLİYYAT
1619
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 16:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru