Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2019
10:25
`Formula 1`də ikinci gün - AFİŞA

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci günü bir sıra hadisələrlə zəngin olacaq.

Bu gün “Formula 1”də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Həmçinin “Racing Point”, “Alfa Romeo” və “Mercedes” komandalarının pilotlarının avtoqraf sessiyası, eləcə də “Formula 2”də birinci yarış olacaq.

Reqlamentə əsasən, cümə günü iki 90 dəqiqəlik sərbəst yürüş olur. Şənbə günü bir 60 dəqiqəlik sərbəst yürüş və sırala turu, yəni 3 bölümdən ibarət təsnifat mərhələsi keçirilir. Birincidə pilotlara bir dövrəni ən qısa bir zamanda qət etmək üçün 18 dəqiqə vaxt verilir. Raundun sonunda ən zəif göstəriciyə malik 5 maşın kənarlaşdırılır və onlar yarışa son 5 yerdən başlayırlar. İkinci mərhələdə qalan sürücülərə 15 dəqiqə vaxt verilir və bu dəfə yenə ən zəif gəstəriciyə imza atan “beşlik” kənarlaşdırılır. Son mərhələdə qalan 10 pilot 12 dəqiqə ərzində halqanı dövrə edərək, start yerlərini müəyyənləşdirirlər.

27 aprel

10:20 - 10:50. “Formula 2”. Pilotların paradı

11:20 - 11:40. Avtoqraf sessiyası: Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 13:05. “Formula 2”. Birinci yarış

12:00 - 12:20. Avtoqraf sessiyası: Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40. Avtoqraf sessiyası: Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

14:00-15:00. “Formula 1”. Üçüncü sərbəst yürüş

17:00-18:00. “Formula 1”. Sıralama turu

21:00. Cessi Ceyin konserti

Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47269

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45480

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47070

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46655

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52221

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46342

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46796
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 06:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru