Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
23:13
ABŞ BMT-nin Silah Ticarəti Müqaviləsindən çəkilir

ABŞ Prezidenti Donald Tramp, BMT-nin Silah Ticarəti Müqaviləsindən çəkiləcəyini açıqlayıb.

FaktXəbər-in "Rianovosti"yə istinadən verdiyi xəbərə görə, Tramp ölkəsinin 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatı yanında imzalanan Silah Ticarəti Müqaviləsindən imzasını çəkəcəyini bildirib.

BMT Silah Ticarəti Müqaviləsindən imzasını çəkəcəyinə dair sənədi imzalayan Tramp, "Birləşmiş Millətlər Təşkilatı yaxında Amerikanın bu müqaviləni rədd etdiyinə dair rəsmi məlumat alacaq", - deyə bildirib.

Tramp qeyd edib ki, bunun nə olduğunu çoxunuzun bilmirsiniz. Nə olduğunu bilirsinizmi? Böyük bir amildir. Rəsmi olaraq bu gün bu müqavilədən Amerikanın imzasını çəkəcəyimi bildirirəm. İmzamızı geri çəkirik.

Demokratların ölkədə silah satışına qarşı məhdudiyyət təkliflərini də tənqid edən Tramp bildirib ki, Demokratlar günahkar əcnəbilərin heç bir hesab vermədən burada sərbəst gəzməsinə icazə verilərkən, qanunlara riayət edən vətəndaşları tərksilah etmək istəyirdi. Mən prezidentiniz olduqca bu heç vaxt olmayacaq.

Məsələ ilə bağlı Ağ Evdən verilən açıqlamada isə Silah Ticarəti Müqaviləsinin 2013-cü ildə keçmiş Prezident Barak Obama dövründə imzalandığını ancaq Trampın vəzifəni təhvil almasından sonra Ağ Evə təsdiq üçün təqdim olunduğu bildirilib.

Qeyd edək ki, Silah Ticarəti Müqaviləsi 2013-cü ildə BMT yanında beynəlxalq silah satış və transferlərinə standart gətirmək üçün imzalanmışdı. Müqaviləni 130 ölkə imzalayıb. ABŞ-dan başqa digər iştirakçı bütün ölkələrdı bu müqavilə qüvvədədir. Çin, Rusiya, Şimali Koreya, İran, Suriya, Ermənistan və Misirin da aralarında olduğu 63 ölkə bu müqaviləni imzalayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 70 dolları keçdi

13

Dekabr
23:23
İQTİSADİYYAT
150

Daşkəsəndə 38 yaşlı şəxs özünü yandırdı

13

Dekabr
21:37
HÜQUQ,HADİSƏ
192

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
225

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
319
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 00:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru