Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
19:44
399
Əli Məsimli: Kəndlini aldada-aldada gedirlər

Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır.

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib ki, əsas məsələ, indiyə qədər olan proseslərdən nəticə çıxarıb, işlək mexanizmin qurulmasıdır.

“İşlək mexanizm qurulsa, bu qanun işləyəcək. Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər.

Bu problemlər həll olunsa, mətbuat vasitəsilə və digər üsullarla onlarda inam yaradılsa, çox yaxşı olar. Sığorta şirkətindən soruşduqda ki, niyə sığorta etmirsən, cavab verir ki, risk böyükdür. Amma burada risklərin bölünməsi var. Müəyyən hissə dövlətin, sığortaolunanın və şirkətin üzərinə düşür.

Yeni qanun layihəsinin işləməsi üçün aşkarlıq və ciddi nəzarət mexanizmi olmalıdır. Burada ictimai nəzarət və digər effektiv işləyən nəzarət mexanizmlərindən istifadə olunmalıdır”, - deyə o əlavə edib.

Məqalədə : Əli Məsimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
62

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
48

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
63

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru