Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
15:46
Kanalizasiya lyuku ilə bağlı Formula 1-dən RƏSMi AÇIQLAMA

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı baş verən qəza ilə bağlı açıqlama verib. Açıqlamada deyilir:

"Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq".

Xatırladaq ki, Williams komandasının pilotu  Corc Rassel Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünü dayandırmaq məcburiyyətində qalıb. Belə ki, kanalizasiya lyukunun qopması nəticəsində  Rasselin idarə etdiyi bolid qəzaya düşüb. Avtomobil dərhal trasdan çıxarılıb.

Məqalədə : Formula 1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48080

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46137

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47795

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47391

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52948

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47004

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47405
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 03:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru