Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
10:44
2714
Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Astara rayonunda keçirəcək.

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva bildirib ki, Səyyar Klinika aprelin 27-28-də Astara şəhərində pasiyentlərə tibbi xidmət göstərəcək. Aksiyanın məqsədi Astara sakinlərini müayinə və müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, lazım olduğu zaman cərrahiyyə əməliyyatı etməkdir.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası vaqonda bir gün ərzində 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru