Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
20:30
304
Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib. 

Nazirlikdən Faktxeber.com-a verilən məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvətilə qondarma “erməni soyqırımı” tədbirlərə qatılmaq üçün bu ölkəyə səfər edib: 

"Separatçı rejimin “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. Uruqvay Senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə onun parlamentdə qondarma “erməni soyqırımı” bağlı keçirilən tədbirdə iştirak etdiyini bildirmək istərdik. Həmin tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib".

"Eyni zamanda məsələ ilə əlaqədar Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN cavabında bu məsələdə hökumətin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub", - XİN-dən qeyd olunub.

Məqalədə : Azərbaycan Uruqvay 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
78

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1651
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru