Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
19:40
293
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişli rayonunda aşkarlanıb.

Şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb. 

Ona vaxtilə həmin qəbiristanlıqda 32 naməlum şəhidin dəfn olunduğu, ancaq 25-nin şəxsiyyətinin müəyyənləşdiyi bildirilir. H.Nəcəfovun oğlunun şəklini axund həmin dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurur və onlardan birinin şəkli ilə uyğun gəldiyini görür. 

Şəhidin atası bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Nəticədə aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru