Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
16:45
355
İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub. 

Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsələyə dair rəsmi bəyanatında yayılan məlumatların dezinformasiya xarakteri daşıyıb, yalan olduğu birmənalı şəkildə bildirilir.

Məlumatda, tirajlanan fotoların 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilən və həmin əsnada dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülən dövrdə çəkildiyi qeyd olunur:

“Məsələnin kökündə isə, əslində, sovetlər dönəmində, 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib.

“İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb.

Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

FaktXəbər bildirir ki, “İçərişəhər”in mətbuat xidmətinin rəhbəri Rahib Azəri oxu.az-a açıqlamasında ərazidə iaşə obyektlərinin inşasının Qala divarlarına zərər yetirməsi ilə bağlı yayılan məlumatların, sosial şəbəkələrdəki görüntülərin və irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini deyir:

“Qala divarlarını zədələyəcək heç bir tikinti işləri aparılmır. Divarlara heç bir ziyan dəyməsin deyə tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar qoyulub. Qala divarına bitişik hər hansı yenidənqurma işlərinin aparılması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Məkanın turistlərin diqqət mərkəzində saxladığı yerlərdən biri olduğunu xatırladan qurum sözçüsü onu da əlavə edib ki, görülən işlərin məqsədi İçərişəhərdə fəaliyyət göstərən restoranları yeniləməkdir. O, ərazinin müxtəlif dövrlərdə tədqiq olunduğunu deyib:

“Qala divarları perimetr boyu  araşdırılıb, arxeoloji qazıntılar aparılıb və yekun olaraq bu ərazidə heç nə aşkarlanmayıb. Əvvəlki dövrlərdə də İçərişəhərdə restoranlar mövcud olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, lakin indiki tikililər qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.

“İçərişəhər” rəsmisi həmçinin guya tarixi bürclərdən birinin uçması, hazırda isə bərpa olunması ilə bağlı məlumatlara da münasibət bildirib və onların həqiqətə uyğun olmadığını qeyd edib:

“İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı - 2012-ci ildə çəkilib”.

Bu arada onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə belə əssasız, heç bir faktlara söykənməyən məlumatların yayılması təsadüfi bir hal kimi qəbul oluna bilməz. Heç bir yoxlanılma aparılmadan, bir neçə istiqamətdən İçərişəhərin tənqid atəşinə tutulması, real vəziyyəti əks etdirməyən yalan məlumatların yayılması bu işdə maraqlı adamların olduğu barədə fikir yürütməyə əsas verir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
78

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1651
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru