Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
15:50
2076
Erkən ölümün qarşısını alacaq sadə üsul

Fiziki aktivliyi artırmaq oturaq həyat tərzi keçirənlər üçün erkən ölüm risqini azaldır. FaktXeber.com-un EurekAlert!-ə istinadla verdiyi məlumata görə, bu barədə Avstraliya, Norveç və Böyük Britaniyadan olan  elmi qrup qənaətə gəlib. 

Alimlər 45 yaşdan yuxarı 149 mindən artıq könüllünün iştirakı ilə araşdırma aparıb. Müşahidələr 9 il çəkib. Araşdırma zamanı sınaqda iştirak edənlərin  gün ərzində  nə qədər oturduqları, nə qədər ayaq üstə durduqları, həmçinin nə qədər yatdıqları, gəzdikləri və idmanla məşğul olduğunu qeydiyyata alıblar. Nəticələrə görə, onlar onlar oturaq vəziyyətdə olmalarına görə 4 qrupa bölünüblər:

4 saatdan az,

4-6 saat,

6-8 saat

8 saatdan çox 

Həftəlik  fiziki  aktivlik də nəzərə alınıb:

heç yoxdu

149 dəqiqəyə kimi (az aktiv),

150-299 dəqiqə (tövsiyə olunanın ən aşağı səviyyəsi),

300-419 (kifayət qədər aktiv),

420 dəqiqə və artıq (çox aktiv olanlar – gün ərzində 1 saatdan artıq idmanla məşğul olanlar)

Məlum olub ki, 6 saatdan çox oturanlarda ürək-damar xəstəlikləri də daxil olmaqla  bütün səbəblərdən erkən ölüm risqi artıb. Maksimum risk qrupunda isə  fiziki fəaliyyətə fikir verməyənlər olub.

İdman məşqlərinin ən kiçik tələblərin belə yerinə yetirmək gün ərzində 8 saatdan çox oturanlar istisna olmaqla bütün qruplarda göstəricilərin yaxşılaşmasına səbəb olub.

Mütəxəssislər vurğulayır ki, təkcə oturma vaxtını  qısaltma vacib deyil, həmçinin  onu  fiziki aktiv fəaliyyətlə əvəzləmək lazımdır.

Elm adamları hesab edir ki, oturmanı  sürətli yerimə ilə əvəzləmə ən yaxşı variantdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
661

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1182
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 07:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru