Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
12:05
754
BƏƏ Afrikadan milyardlarla dollarlıq qızıl oğurlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Afrikadan hər il milyardlarla dollar dəyərində qızılı Dubaya daşıyıb. FaktXəbər bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Afrika qitəsindən hər il milyardlarla dollar dəyərində qızıl qeyri-qanuni yollarla BƏƏ-yə aparılıb.

Aparılan araşadırmaya əsasən, BƏƏ 2016-ci ildə Afrikadan 15,1 milyard dollarlıq qızıl idxal edib. Bu rəqəm 2006-ci ildə 1,3 milyard dollar təşkil edib.

Təkcə 2016-cı ildə 446 ton qızıl idxal edən BƏƏ, 2006-cı ildə Afrikadan 67 ton qızıl çıxarıb. Afrika dövlətlərinin ixrac sənədlərində bu qızılların böyük bir qisminin qeydiyyatı yoxdur.

2016-cı ildə Afrikanın 46 ölkəsindən qızıl idxal olunduğu halda, 25 ölkə BMT-nin məlumat bazasına ixracla bağlı heç bir məlumat göndərməyib. Eyni zamanda BƏƏ sözügedən 25 ölkədən 7,4 milyard dollarlıq qızıl idxal etdiyini açıqlayıb. Qalan 21 ölkənin BƏƏ-yə göndərdiyi qızılla bağlı rəqəmlər idxalla bağlı açıqlanan rəsmi rəqəmlərlə üst-üstə düşmür.

Məqalədə : BƏƏ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
58

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 17:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru