Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
18:22
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

İdarədən ONA-ya verilən məlumata görə, ötən gün Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədi ilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb. İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib. Natiq Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib. Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Xəzər Rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib. Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Binə qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib. Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədi ilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını amma dünyasını dəyişmədiyini bildiriblər. Natiq Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib. 

Məqalədə : Su polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47452

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45625

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47236

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46815

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52366

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46497

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46916
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 00:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru