Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
18:05
411
Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb

"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi üçün bütün tribuna biletləri satılıb. FaktXəbər bildirir ki, bu barədə AzTV-yə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir əlavə edib ki, satışda qalan biletlər yarışı ayaqüstü izləməkdən ötrü olan yerlərədir: "Biz çox şadıq ki, digər illərə nisbətən biletlərin satışı yüksək səviyyədədir. Demək olar ki, bu günə bilet qalmayıb. Bütün tribunaların biletləri satılıb. Qalan biletlər ayaqüstü yerlərədir. Onlardan da gənc fəallara paylanılıb, hədiyyə kimi verilib. Bu yarış da onlar üçün daha maraqlıdır".

Rəhimov Qran-priyə tam hazır olduqlarını da vurğulayıb. O, bütün işlərin vaxtında görüldüyünü diqqətə çatdırıb: "Dünyanın ən möhtəşəm yarışlarından biri sayca 4-cü dəfə Bakıya gəlib. Deyə bilərik ki, bu gün Qran-priyə 100 faiz hazırıq. Tikinti və digər məsələlərlə bağlı işlər vaxtında həyata keçirilib. Şəhərimiz də Qran-priyə hazırdır. Sevinirik ki, dövlət tərəfindən yürüdülən mötəbər yarışların Azərbaycana gətirilməsi siyasəti özünü tam doğruldur. Ötən Qran-prini televiziya vasitəsilə izləyənlərin sayı 83 milyon nəfəri keçmişdi. Turistlərin də sayı xeyli artıb və maraq çox böyükdür. 2017-2018-ci illərdə Bakıdakı Qran-prilər ən maraqlı yarışlar sayılıb. Düşünürük ki, qarşıdakı Qran-pridə də azarkeşlərimizi maraqlı anlar gözləyir".

Nazir yeganə problem kimi məşhur müğənni Sem Smitin aprelin 27-də nəzərdə tutulan konsertinin baş tutmamasını qeyd edib: "Təəssüf ki, Smit xəstələndiyi üçün gələ bilməyəcək. Bu xəbəri aldıqdan sonra qısa müddətdə, praktiki olaraq iki gecə ərzində yeni müqavilə bağladıq. Dünyanın tanınmış müğənnisi Cessi Cey Bakıya təşrif buyuracaq. O, heç də Sem Smitdən aşağı səviyyəli müğənni deyil. Sevinirik ki, bizim idman və mədəniyyətsevərləri, belə bir bayramda müğənnisiz qoymadıq".

Rəhimovunsözlərinə görə, Azərbaycan Qran-prisi sayəsində gənclər işlə təmin olunub: "115 nəfərədək gənc ilboyu ofisdə çalışır. Yarışa iki ay qalmış isə 1000-ə yaxın gənc işə cəlb olunur. Sözsüz ki, bu, onlar üçün böyük təcrübədir. Subpodratçı kimi Bakının mindən artıq şirkətimüxtəlif işləri həyata keçirir. Nəticədə 10 mindən artıq insan işə cəlb olunur. Bu da iqtisadiyyat üçün böyük təkan, xeyir, şirkətlər üçün vacib məsələdir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. 

Məqalədə : Formula-1 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
527

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
359

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
223

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
182

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
180

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
313

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
377
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 02:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru