Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
17:45
447
BP son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb

"BP şirkətinin Azərbaycana külli miqdarda investisiya etməsinin səbəbi və bundan sonra da investisiya etmək niyyətinin ciddiliyinin əsası Azərbaycanda investorlar üçün yaradılan şəraitdir". Bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Falcons Summit Baku 2019" konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, imzaladığı müqavilələrin şərtinin heç birini birtərəfli qaydada dəyişməyib: “Bu günə qədər 36 Hasilatın Pay Bölgüsü sazişi imzalanıb. Onlardan bir neçəsi artıq fəaliyyətdədir. İmzalanmış bu neft sazişlərinin müddəasının dövlət və hökumət tərəfindən heç birinin birtərəfli qaydada investorun razılığı olmadan dəyişdirilməyib”.

B. Aslanbəyli bildirib ki, bu, investisiya mühitinin təminatlılığıdır, dövlətin üzərinə götürdüyü öhdəliklərə hörmətlə və məsuliyyətlə yanaşmasının göstəricisidir.

“BP-Azerbaijan”ın vitse-prezidenti qeyd edib ki, şirkətin Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində kifayət qədər çox ciddi layihələrə imza atıblar: “Azərbaycan dövlətinin yaratdığı şəraitdən və Azərbaycan hökumətinin yaratdığı əlverişli investisiya mühitindən bəhrələnərək çox ciddi, dünya əhəmiyyətli layihələrə imza atılıb". 

Onun sözlərinə görə, təmsil etdiyi şirkət və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dolları investisiya yatırıb.//report

Məqalədə : bp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
187

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
924

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
143

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
285

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
160

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
211
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 01:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru