Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
16:31
1050
Bin Salman 37 baş kəsib, Tramp danışmır

Dünən - 23 aprel tarixində Səudiyyə Ərəbistanında kütləvi şəkildə edam olunan 37 nəfərin əksəriyyəti şiə olub və barələrində istintaqının ədalətli olduğuna dair ciddi şübhələr var.

FaktXəbər-in məlumatına görə, bu barədə "New York Times"  qəzeti "Human Rights Watch"un dərc etdiyi sənədə istinadən yazıb.

Edam olunanların çoxu məhkəmə prosesindən əvvəl həbs edilib. Vəkillər də onları görə bilmədikləri üçün məhkəmədə iştirakdan imtina ediblər. 

Bundan əlavə, BMT-də Səudiyyə Ərəbistanın sənədlərini araşdıran Adam Qugel bildirib ki, edam olunanlara qarşı çixarılan hökm onların etiraflarına əsasən olub, lakin onlar bu etirafları işkəncələr altında etdiklərini deyiblər. 

Qogle onu da vurğulayıb ki, barələrində aparılan araşdırmalar ədalətsiz olub, çünki istintaq zamanı onların heç birinin vəkili olmayıb. 

Həmçinin məlumatda bildirilir ki, edam olunanların 11-i İranın xeyrinə cəsusluqda, 14-ü isə 2012-ci ildə keçirilən etirazlarda iştirakda ittiham edilib. 

Qeyd edək ki, sözegedən edam 2016-ci ildə Ayətullah Şeyx Nimirin və digər 46 nəfərin edamdından sonra ən amansızı olub. Hüquq-müdafiəcilərinin verdikləri son məlumatlara əsasən, təkcə 2019-cu ilin ilk 3 ayında Səudiyyə Ərəbistanında 106 nəfər edam olunub.

Xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin yaxın dostu və iş ortağıdır. Məhz bunun nəticəsidir ki, Səudiyyənin Türkiyə konsulluğunda jurnalist Camal Qaşıqçının tik-tikə doğranması və kanalizasiya quyusuna atılması cinayətinin üstü ört-basdır edildi. Bin Salmanın tapşırığı əsasında jurnalistin qətliam edilməsindən bəhs edən telefon danışığının olmasına baxmayaraq, dəyişən heç nə olmadı. Hətta, Səudiyyəyə qarşı sanksiyaların qabağında Tramp dayandı. Bu gün də eyni mənzərə müşahidə edilir. 37 nəfərin saxta ittihamlarla mühakiməsi və qətliamına hər kəs susqundur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
766

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
818

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1560

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
229

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1811

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
855

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
307

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
250

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
314

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
254
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru