Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
11:46
1582
Dünyada ən güclü smartfon buraxılıb - VİDEO

Çində qabaqcıl "Qualcomm Snapdragon 855" prosessoru, 6/8/12 giqabayt operativ yaddaş və dörd moduldan ibarət əsas kamera ilə təchiz edilən "Lenovo Z6 Pro" smartfonunun təqdimatı keçirilib.

Məlumata görə, fotoçəkiliş zamanı kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edir, video rejimində isə bu göstərici "4K" formatına çatır. Damcıvarı şəkildə (yeni bazar standartı) quraşdırılan ön kamera 32 meqapiksel təsvir ölçüsünə malikdir.

Bildirilir ki, 6,39 düym diaqonallı "AMOLED" ekran 2340x1080 piksel (FullHD ) təsvir ölçüsünü dəstəkləyir və nəm barmaqları da tanıyan quraşdırılmış daktiloskopik skaner ilə təchiz olunub.

"ZUI 11" proqram təminatlı "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Lenovo Z6 Pro" modelinin quraşdırılmış yaddaş tutumu 128, 256 və 512 giqabayt təşkil edə bilər. Dörd min milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurmanı dəstəkləyir.

Satışına aprelin 29-dan etibarən başlanacaq "Lenovo Z6 Pro" smartfonunun 6/128 yaddaş tutumlu versiyasının qiyməti 2899 yuan (təxminən 431,55 dollar) təşkil edəcək. 8/128, 8/256 və 12/512 giqabaytlıq versiyaların qiyməti isə müvafiq olaraq 446, 565 və 743 dollara bərabər olacaq.

Məqalədə : Lenovo Z6 Pro smartfon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
30

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1655
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru