Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
10:02
290
Şri-Lankada 9-cu partlayış baş verib-VİDEO

Şri-Lankanın ən böyük şəhərlərindən olan Kolomboda aprelin 21-də baş verən silsilə terrorlardan sonra daha bir partlayış baş verib. Lakin bu dəfə polislərin nəzarətində olub. FaktXeber.com-un Reuters-ə istinada verdiyi məlumata görə,  hüquq mühafizəçilər  Savoy kinoteatrı yaxınlığında şübhəli skuteri zərərsizləşdiriblər.


Xatırladaq ki, silsilə terror aktları aprelin 21-də xristianların Pasxa bayramı günü baş verib. Həmin vaxt katolik kilsələr və beşulduzlu otellərdə ümumilikdə səkkiz partlayış baş verib. Son məlumatlara görə,  ölənlərin sayı 321 nəfərə çatıb. Bundan başqa daha 500-ə yaxın insan yaralanıb. Bir neçə gün əvvəl ölənlərdən 45-nin uşaq olduğu bildirilmişdi.

Terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb

Hüquq mühafizəçilərin məlumatına görə, terrorda 9 intiharçı iştirak edib. Baş verən faciədə şübhəli bilinən 100-dən artıq insan saxlanılıb.

Adada hazırda fövqəladə vəziyyət elan olunub.

Məqalədə : Şri-Lanka 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
76

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1650
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 10:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru