Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
09:27
245
`Babək`də qəza: altı yaralı - VİDEO

Bakının Nizami rayonu, Babək prospekti 94 ünvanında altı nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Lada Priora” və “Mercedes” markalı avtomobillər toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində “Lada”nın sürücüsü, 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və sərnişinlər - 1979-cu il təvəüllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilovna Valentine Vitalyevna yaralanıb.

Qəzada iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər - 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və yüksək sürət səbəb olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə : işıqfor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Monitorinq olacaq

22

May
11:11
HƏRB
30

Neft yenidən ucuzlaşıb

22

May
09:21
İQTİSADİYYAT
79

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1655
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 11:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru