Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
16:52
363
Qadın 27 il sonra komadan ayıldı

Almaniyada yerli klinikaların birində koma vəziyyətində olan BƏƏ vətəndaşı 27 il sonra özünə gəlib. FaktXəbər bildirir ki, bu barədə "Daily Mail" yazıb.

BƏƏ sakini Munir Abdulla 1991-ci ildə idarə etdiyi avtomobillə məktəb avtobusu ilə toqquşub. Əl-Əyn şəhəri yaxınlığındakı qəza zamanı qadın kəllə-beyin travması alıb və komaya düşüb.

Avtomobildə oğlu olsa da, həmin vaxt anası onu xilas edib. Munir əvvəlcə xəstəxanaya yerləşdirilmiş, ardınca dəqiq diaqnoz üçün Londona aparılmışdı. Həkimlər bildirmişdilər ki, qadının şüuru minimum vəziyyətdədir, lakin onun ağrı həssaslığı az da olsa, qalmaqdadır.

Bir müddət sonra qadın BƏƏ-yə gətirilib. Uzun illər ona boru ilə yemək veriblər və fizioterapiya keçiblər.
 
2017-ci ildə Abu-Dabinin vəliəhd şahzadəsi Abdulla Əbu Məhəmməd bin Zaid Munirin ailə vəziyyəti haqqında məlumatlandırılır və o, qadının Almaniyadakı müalicə pulunu üzərinə
götürür. Bir il sonra Münir bəzi səslər eşitməyə başlayır, ondan bir neçə gün sonra oyanır və oğlunun adını deyir.
 
Qadın hazırda ailəsi ilə birlikdə Abu-Dabiyə qayıdıb və bərpa proseduru keçir. Ona atrofiya əzələsi üçün fizioterapiya müalicəsi lazımdır.

Məqalədə : koma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
109

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
88

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1540

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 23:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru