Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
14:50
1946
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən “Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirdi. Şirkətdən FaktXəbər-ə verilən məlumata görə, mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, Rus və İngilis dillərindədir. “Nar”-ın hədiyyə etdiyi kompyuterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər. 

“Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 

Qeyd edək ki, 23 aprelin hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır.

Məqalədə : kitab günü nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
184

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
195

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
112

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
86

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
85

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
203

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
238
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 17:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru