Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
12:50
760
Qaz və işığa qoyulan limit qaldırıla bilər

Milli Məclisin hazırda davam edən plenar iclasında çıxış edən deputat Fazil Mustafa ölkədə elektrik enerjisi və qaz sərfiyyatı ilə bağlı tətbiq olunan limitlə bağlı məsələ qaldırdı. “Təbii ki, limitin tam ləğv olunması real deyil. İsrafçılığın qarşısını almaq üçün limit lazımdır. Ödur ki, mən təklif edirəm, bu limit iki dəfə artırılsın. Çünki insanlar bu limitdən çox əziyyət çəkirlər. İstixanalardan pul qazananlar bu vəsaiti ödəmək iqtidarındadır. Amma əhalinin kasıb təbəqəsi əziyyət çəkir. Ona görə də təklif edirəm ki, biz bu məsələni gündəliyə daxil edək. Ən azı 3 min kub m-ə qaldrılsa, insanlar belə əziyyət çəkməzlər”.

F.Mustafa Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılığını da ifadə etdi: “Ancaq ölkə prezidentinin, vəzifəli şəxslərin keçdiyi yollara baxırlar. Piyada ölümlərinin artmasının səbəblərindən biri də yollarda piyada keçirdləri ilə bağlı zolaqların çəkilməməsidir”.

Deputat Tahir Kərimli də limitin artırılması barədə həmkarının təklifini müdafiə etdi.

Deputat Qənirə Paşayeva da F.Mustafanın limitlə bağlı təklifini dəstəklədi. “Kəndlərdə, rayonlarda yaşayan insanlar xahiş edirlər ki, limit bir az artırılsa, çox yaxşı olar”. (musavat)

Məqalədə : işıq qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
112

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
90

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1543

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
418
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 23:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru