Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
12:35
883
Ermənistan vasitəsi ilə İrana siyasi təzyiqlər olunur

Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında İrana rəsmi səfəri zamanı Ermənistanın İranla bağlı bir sıra iqdisadi gözləntilərini həll edə bilməməsi iki ölkənin münasibətlərinə ciddi təsir edib.  FaktXeber.com-un erməni mediasına istinadla verdiyi məlumata görə, Ermənistan rəhbərliyinin İrandan yeni qaz xəttinin çəkiləcəyi ilə bağlı istəklərinin İran hökuməti tərəfindən yerinə yetirliməməsi, İranla Ermənistan sərhədində yaradılan azad iqtisadi zona layihəsinin icra olunmaması, “Şimal-Cənub” avtomobil magistralının tikintisi ilə bağlı konkret addımların atılamaması Ermənistan rəhbərliyinin İranla bağlı siyasətində dəyişiklər etməsinə səbəb olub. 

Bunun nəticəsində, Ermənistan parlamentinin iqtisadiyyat komissiyasında İrandan ölkəyə sement idxalı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Ermənistanda qazın baha olması səbəbindən sement istehsalçılarının İrandan idxal olunan analoji məhsulla rəqabətə davam gətirə bilməməsi, İranın Ermənistana qarşı bu amildən iqdisadi “gediş” olaraq istifadə etməsi Ermənistan parlamentini bu addımı atmağa məcbur edib.

Buna cavab olaraq, Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın iclasında İran parlamentinin sədri Əli Laricaninin Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirməsi Ermənistanda yaxşı qarşılanmayıb.

Ermənistan, İranın köməkliyi ilə həyata keçirməyi planlaşdırdığı layihələri icra etmək üçün qonşu ölkəni ABŞ-la təhdid etməyə çalışır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
265

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
176

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
207

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
239

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
271

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
260

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
832

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
637
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru