Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
10:04
992
Saxta manatı necə tanımalı? - FOTO

2018-ci ildə Azərbaycanda 1126 ədəd saxta pul nişanı tədavüldən çıxarılıb. Bu, 2017-ci ilin göstəricisindən 14,8 faiz azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə tədavüldə 1322 ədəd, 2019-cu ilin birinci rübündə isə 275 ədəd saxta əsginas aşkar edilib:

"Azərbaycan Respublikasının mövcud pul nişanları ölkə Prezidentinin müvafiq fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində 2006-cı il yanvarın 1-dən tədavülə buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq, bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması, istehsalı və saxtalaşdırmaya qarşı mübarizə sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı Mərkəzi bankları bu yeniliklərdən irəli gələrək, eləcə də pul nişanlarının saxtalaşdırılması ilə bağlı risklərin minimallaşdırılması tələblərini nəzərə alaraq, pulların dizaynının və mühafizə sistemlərinin yenilənməsini və daha yüksək standartlara uyğunlaşdırılmasını həyata keçirirlər".

Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək 10 manatlıq pul nişanının əsas dizayn elementlərini saxlamaqla mühafizə sistemlərinin təkmilləşdirilməsini və daha mütərəqqi texnoloji elementlərin tətbiqi yolu ilə yenilənməsini həyata keçirib. Belə yenilənmələr pul nişanlarının təhlükəsizliyinin gücləndirilməsində təsirli rol oynayır.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılıb. Bu pul nişanının nümunəsində saxta əsginasları əslindən fərqləndirməyə imkan verən mühafizə elementlərini görmək olar.

Azərbaycan Mərkəzi Bankı dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarımızın dizayn və mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

Əsginasın saxtasını düzəltməyin ən populyar yolu

Azərbaycanda saxta əsginasları daha çox skanerlərin, rəngli printer və kompüterlərin köməyi ilə düzəldirlər.

Əsginasın saxtalaşdırılması üsulları sırasında həqiqi pul nişanının müxtəlif hissələrindən ibarət nümunənin yaradılmasına da rast gəlinir.

Azərbaycanda daha çox hansı əsginaslar saxtalaşdırılır?

2006-2018-ci illərdə Azərbaycanda ən çox 1 manatlıq əsginaslar (34 faiz) saxtalaşdırılıb. İkinci sırada 5 (29 faiz), üçüncü yerdə isə 20 (13 faiz) manatlıq pul nişanları gəlir.

100 (11 faiz), 10 (7 faiz) və 50 (6 faiz) manatlıq əsginaslar daha az saxtalaşdırılır.

Saxta 200 manatlıq pul nişanları isə hələ aşkar edilməyib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (modern.az)

Məqalədə : Saxta manat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
211

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
213

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
124

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
96

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
94

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
212

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
252
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 18:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru