Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
09:15
361
Tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb

Bu gündən Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərdə yaşayan əhaliyə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb.

Bu barədə FaktXəbər-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi Bakı Şəhər Halqasının ətrafında – İçərişəhər, Hökumət Evinin yaxınlığında və digər ərazilərdə 8 təcili tibbi yardım briqadası əhaliyə xidmət göstərəcək.

“Şəhər sakinləri və yarışı izləmək üçün Bakıya gələcək qonaqlara tibbi yardım göstərilməsi üçün əlavə briqadaların da cəlb olunması nəzərdə tutulur ki, çağırışları vaxtında və gecikmədən icra etmək mümkün olsun. Bundan başqa, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar tibb müəssisələri gücləndirilmiş iş rejimində çalışacaqlar”, - baş həkim qeyd edib.

Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

Məqalədə : Tibbi yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
160

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
188

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
108

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
83

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
82

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
199

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 17:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru