Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Zaqatalada dolu əleyhinə raket aşkar edilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) FaktXəbər-ə verilən məlumata görə, aprelin 22-si saat 12:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 aprel 2019-cu il tarixlərində 96 siqnal (əməliyyat çağırışı) əsasında 85 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 8 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,491 ədəd partlamamış hərbi sursat (PHS), 9,745 ədəd müxtəlif çaplı patron, 9 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 29 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 118,965 kv.m ərazi yerüstü və 7,982 kv.m ərazi yeraltı yoxlanılıb.

Millət vəkilinin avtomobili ilə qəza törədən şəxslə bağlı qərar çıxarıldı
10
Dekabr
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
10
Dekabr
Parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
10
Dekabr- 11-12-2019 10:00 Atəşkəs rejimi 21 dəfə pozulub
- 11-12-2019 09:45 "Ceyrançöl"də itlər sərhədçilərə hücum etdi, yaralanan var
- 10-12-2019 16:24 Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib
- 10-12-2019 10:00 Cəbhədə atəşkəs 20 dəfə pozuldu
- 09-12-2019 20:43 Müdafiə Nazirliyindən Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri barədə açıqlama
- 09-12-2019 16:59 Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
- 09-12-2019 15:29 Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
- 09-12-2019 09:45 Atəşkəs rejimi 22 dəfə pozulub
- 07-12-2019 11:20 Atəşkəs 24 dəfə pozulub
- 06-12-2019 15:20 NATO-nun ən güclü 5 ORDUSU müəyyənləşdi
- 06-12-2019 12:38 Azərbaycan Ali Hərbi Məktəbi kursantlarının çöl çıxışları başlayıb - VİDEO
- 06-12-2019 10:39 Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
- 06-12-2019 10:15 Atəşkəs rejimi 23 dəfə pozulub
- 05-12-2019 12:12 Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO
- 05-12-2019 10:19 Zakir Həsənov cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO
- 05-12-2019 09:49 Atəşkəs rejimi 20 dəfə pozulub
- 04-12-2019 19:54 Azərbaycanın hərbi qulluqçusu vəfat edib
- 04-12-2019 19:45 İsi Məlikzadənin hərbçi nəvəsi vəfat edib
- 04-12-2019 15:40 Cəbhəboyu zonada hərbi obyektlərin açılışı olub - FOTO/VİDEO
- 04-12-2019 14:01 Müdafiə Nazirliyi Göyçaydakı hadisə barədə məlumat yaydı
- 04-12-2019 11:05 Müdafiə naziri cəbhə zonasında olub - VİDEO
- 04-12-2019 10:00 Atəşkəs 21 dəfə pozuldu
- 03-12-2019 12:59 ATƏT cəbhənin Füzuli istiqamətində monitorinq keçirəcək
- 03-12-2019 11:18 DSX Xəzərdə köməksiz vəziyyətdə qalan İran və Rusiya gəmiçilərini xilas edib
- 03-12-2019 10:22 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb