Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
20:36
438
Şagirdlər yanğın təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə aprelin 22-də paytaxtın Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

FHN-dən FaktXəbər-ə bildiriblər ki, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Zəlzələ zamanı davranış qaydaları” mövzularında slaydlar təqdim edilib.

Toplantıda yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanılıb.

Məqalədə : FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
261

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
175

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
206

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
238

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
269

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
258

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
831

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
636
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 04:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru