Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
18:06
295
Nazirlik aprel ayında havanın qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir. 

O qeyd edib ki, şimal yarımkürəsinin atmosferi bütövlükdə yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq fartorunun yüksək olması hesabına “soyuqların qayıdması” müşahidə edilir: "Ayrı-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu aprel ayını ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qayıdan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur". 

Direktor bildirib ki, aprel ayında soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur: "Bu isə onunla izah olunur ki, şimalda, qütbətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman, cənubda temperatur yay göstəricilərinə yaxınlaşır. Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur. Aprelin 18-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri sabit hava şəraitini yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda yağıntılar qara keçməklə 2-14 sm. qalınlığında qar örtüyü yaranıb". 

"Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçmişdir. Xüsusilə Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada 130 mm. yağıntı düşmüşdür ki, bu da aylıq normanın 127 faizini təşkil edir. Balakən, Şəki, Oğuz, Qubada – 38-94 mm., 72-92%, Lənkəran-Astara zonasında isə 88-100 mm. düşmüşdür ki, bu da aylıq normanın 140-180 % -ni təşkil edir. Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır. Ayın 22-də axşam vaxtları, həmçinin aprelin 23-də gecə saatları bəzi rayonlarda intensiv yağıntıların olma ehtimalı saxlanılır. Bununla əlaqədar dağ çaylarında qisamüddətli su basmaları mükündür. 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir", - U.Tağıyeva əlavə edib./Report

Məqalədə : hava haqqında 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
110

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
88

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1540

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
416
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru