Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
16:56
1164
Limonun çəyirdəyi lətindən daha faydalı imiş

Limon çəyirdəyi unikal xüsusiyyətlərə malikdir və tərkibində ollan vitaminlərə, minerallara, efir yağlarına, proteinlərə, yağlara, təbii turşulara görə lətindən daha faydalıdır. FaktXeber.com-un Novoye Vremya- ya istinadla verdiyi məlumata görə, alimlər uzun araşdırmalardan sonra bu qənaətə gəliblər.

Bundan əvvəl hesab olunurdu ki, sözügedən tumlarda zəhər var. Əslində həqiqətən belədir, ancaq bu zəhər insan üçün təhlükəsizdir, ancaq zərərli bakteriyaları məhv edir. Məlum olub ki, üyüdülmüş çəyirdəklər antibiotiklərin belə qarşısında gücsüz olduqları mikroorqanizmlərlə  mübarizə apara bilir.

Məsələn, 2 xörək qaşığı üyüdülmüş limon çəyirdəyini  1 litr suya qatmaqla  gündə iki dəfə isti vanna qəbul etməklə dırnaq göbələyini müalicə etmək olar. Prosedurdlan sonra zədələnmiş yeri  çay ağacı yağı çəkmək lazımdır.

Baş və ya oynaq ağrılarında da həbsiz keçinmək mümkündür. Bunun üçün  5-6 limon tumunun özünü, yaxud da 0,5 çay qaşığı tozunu 1 stəkan ilıq su ilə içmək lazımdır və 15 dəqiqə ərzində ağrılar sakitləşir.

Tumların tərkibindəki salisin turşusuna görə, bu vasitə diş ağrısında da faydalıdır. 

Tərkibindəki efir yağları və aşılayıcı maddələrin sayəsində isə limon tumları toksinləri bədəndən çıxardır.

Bədənin təmizlənməsi üçün  1 çimdik üyüdülmüş toxumu bir stəkan su ilə acqarına içmək lazımdır. Kurs ayda bir dəfə 7 gündən artıq olmamaqla həyata keçirilir. Bu müddət ərzində şirin, acı və yağlı qidalardan uzaq durmaq lazımdır. Arıqlamaq istəyənlər isə bu müddət ərzində bir xörək qaşığı limon şirəsi sıxılmış yarım stəkan suyu  yeməkdən əvvəl içə bilərlər.

Liman çəyirdəyi həmçinin sivilcə və irinli yaralardan qurtulmağa imkan verir. Bunun üçün  onun tozunu su ilə qarışdırıb iltihablı yaraların üzərinə qoymaq lazımdır. Bu prosedur  yara tam sağalana kimi davam edir.

Ancaq limon çəyirdəyini təmizlənməmiş formada qəbul etmək olmaz. Bu qəbizliyə və mədənin işinin dayanmasına səbəb ola bilər. Bundan başqa hamilələr, 12 yaşa qədər uşaqlar, alergiyalılar və bağırsaq problemi olanlara bundan istifadə məsləhət görülmür.

Məqalədə : limon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru