Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
16:22
367
İran və Pakistandan hərbi güc həmləsi

İrana rəsmi səfər edən Pakistanın baş naziri İmran Xan "Sadabat" sarayında prezident Həsən Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanıb. FaktXəbər bildirir ki, Ruhani və Xan arasında heyətlərarası baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
 
Həsən Ruhani çıxışı zamanı qeyd edib ki, Tehranla İslamabad birgə hərbi güc quracaq: "İran-Pakistan sərhədində təhlükəsizliyin təmin olunması və terrorla səmərəli mübarizə məqsədilə iki ölkə sərhədçiləri və xüsusi xidmət orqanlarının iştirak edəcəyi "Təcili Müdaxilə Gücü" adlı hərbi qurum yaradılması mövzusunda razılaşdıq. İran və Pakistan ikitərəfli münasibətləri inkişaf etdirməyə qərarlıdır. Ticari və iqtisadi münasibətlərdə iki ölkə arasında yaxşı potensial var və bunun üçün ortaq bir komissiya qurulacaq. İran Pakistanın neft ehtiyacını qarşılamağa və bundan əvvəl razılaşdırılan boru kəmərini çəkməyə hazırdır. İran hazırda Pakistana elektrik ixrac edir. Pakistan baş naziri bugünkü iclasda bunun 10 qatına çatdıracağını söylədi. Türkiyə, İran və Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıb. Bu gün ölkələrimiz əlaqələrin inkişafını istəyir. Türkiyə ilə olan qatar xəttinin Pakistana qədər uzadılmasını və bu şəkildə Avropanın Asiya və Çinə birləşdirilməsinə arzu edirik".

Pakistanın baş naziri İmran Xan isə vurğulayıb ki, ölkəsi heç bir koalisiyada iştirak etmir və bu, belə də davam edəcək: "Üçüncü bir ölkənin İran-Pakistan arasındakı münasibətlərə təsir etmək gücü yoxdur. Terror Pakistana çox ziyan verir, son 12-13 ildə 70 min qurban vermişik. Pakistandakı  silahlı qruplaşmaların başqa ölkələrdə terror aktları təşkil etməsinə yol verməmək mövzusunda ortaq məxrəcə gəlmişik. İran və Pakistan Əfqanıstanda sülh və sabitliyin təmin olunmasında təsirli rol oynaya bilər. Pakistan 4 milyon, İran isə 3 milyon əfqan qaçqına ev sahibliyi edir. Əfqanıstanda sülhün bərqərar olması, İran və Pakistan, eyni zamanda bütün regionun mənafeyinə xidmət edəcək. Buna görə, İranla əməkdaşlıq etməyə hazırıq".

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

24

May
14:31
İQTİSADİYYAT
1260

Məşhur şirkətdən "Huawei"yə zərbə

24

May
14:26
İQTİSADİYYAT
657

Milli Oftomologiya Mərkəzi Şəkidə də açılacaq

24

May
14:21
AİLƏ, SAĞLAMLIQ
790

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1427

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1381
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 15:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru