Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
16:10
278
`Avropa standartlarının Azərbaycanda tətbiqi sürətləndiriləcək`

“Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələrini yüksək səviyyədə qurub. Avropa Birliyi ilə münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlər strateji əhəmiyyət daşıyır, əlaqələrin dərinləşməsi, genişləndirilməsi Azərbaycana fayda verir”.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş imzalandıqdan sonra vətəndaşlar Avropaya rahat gedib gələcək, universitetlərlə əlaqələr genişləndiriləcək, Avropa standartlarının Azərbaycanda tətbiqi sürətləndiriləcək: “Buraya həmçinin iqtisadi, biznes əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlər daxildir. Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək. Bu sazişin imzalanması vacibdir. Saziş yalnız Azərbaycan üçün deyil, Avropa üçün də əhəmiyyətlidir. Strateji əməkdaşlıq heç vaxt birtərəfli olmur. İnfrastruktur layihələri, siyasi, təhlükəsizlik əlaqələri Avropa üçün də əhəmiyyət daşıyır. Sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək”.

S.Seyidov saziş layihəsinin ictimaiyyətə açıqlanmasını təklif edənlərə cavab olaraq deyib ki, burada gizli iş yoxdur: “Bəzi qüvvələr həmin sazişlə bağlı müzakirələrdən siyasi divident əldə etməyə, reytinqlərini artırmağa çalışırlar. Bütün məsələlər, demək olar, ictimaiyyət üçün açıqlanıb. Açıqlanmayan isə bəzi texniki məsələlərdir. Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu sazişdə bütün məsələlər açıqdır, gizli məsələ yoxdur. Avropa Birliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini açıqlayıb. Azərbaycan heç vaxt ərazi bütövlüyünə problem yaradacaq sazişi imzalamaz. Saziş layihəsinin açıqlamasını gündəmə gətirən insanlardan bir məsələni soruşun, bütün məsələlərin cavabı aydın olacaq. Soruşun ki, 1996-cı ildə Avropa İttifaqı ilə imzalanan sazişin müddəalarını bilirlərmi? Açıqlasınlar... Bu sazişlə bağlı məsələni gündəmə gətirməmişdən əvvəl, əvvəlki sazişin müddəalarını öyrənmak lazımdır. Hər bir sazişin müzakirəsi xüsusi bir çərçivədə aparılır. Burada qeyri-adi məsələ yoxdur”.(Report)

Məqalədə : Səməd Seyidov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
112

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
90

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1543

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
418
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 23:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru