Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
15:23
470
Mərdəkan qalası və Tuba Şah məscidinin bərpası türklərə həvalə olunub

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın Böyük Mərdəkan qalasını və qalanın yaxınlığındakı Tuba Şah məscidini bərpa edəcək.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə TİKA tarixi qalanın və məscidin bərpası haqqında protokol imzalayıblar.

Sənəd aprelin 18-də Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə imzalanıb.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
62

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
562
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru