Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
15:05
1019
Davudoğlu: Prezident cəmiyyətin yarısı ilə bağlarını qırıb

Türkiyənin sabiq baş naziri və XİN rəhbəri olmuş Əhməd Davudoğlu 31 mart seçkilərindən sonra hakim partiyanın əhalinin yarısı ilə əlaqələri itirdiyini qeyd edib. FaktXəbər bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Əhməd Davudoğlu yazısında vurğulayıb ki, Türkiyə prezidenti dövlətçilik ənənələrinə sadiq qalaraq cəmiyyətin bütün təbəqələri ilə bərabər məsafədə durmalıdır: "31 Mart seçkiləri və ondan sonra baş verənlər partiyamızın və ölkəmizin gələcəyi ilə bağlı ictimaiyyətə açıq, şəffaf və məsuliyyətli bir açıqlama verilməsini zəruri edib. Son üç il ərzində kritik proseslərdə ölkəmiz və partiyamızla bağlı mövqe və narahatlığımı hörmətli prezidentimizə birbaşa şifahi və yazılı olaraq çatdırmışam. Xülasə, bu gün partiyamızın hər baxımdan yenilənməyə ehtiyacı var. Qarşıdakı 4 il ərzində "Ədalət və İnkişaf" Partiyası radikal dəyişikliklər edərsə, itirdiyi ritorika və siyasi dinamikanı yenidən qazana bilər. Prezidentlik sistemindən sonrakı ittifaq mexanizmləri gözlənilənlərin əksinə olaraq dağınıqlığı aradan qaldırmadı və siyasi qütblərin yaranmasına və cəmiyyəti bir yerdə tutan ortaq dəyərlərin köhnəlməsinə yol açdı. Seçki prosesində ittifaq strukturlarının sərt ritorikaları ictimai sülh, dostluq və birgə mənsubluq şüurumuzu zədələyib".

Məqalədə : Davudoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
ÖLKƏ
1426

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
142

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
118
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru