Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
14:41
588
`BakuBus` avtobusu bir manevrlə bütün yolu iflic etdi - VİDEO

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub. Bu barədə paytaxt sakinləri məlumat veriblər.

Bildirilir ki, hadisə “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, “Gənclik” metrosu yaxınlığında, “Ganjlik Mall”ın qarşısında qeydə alınıb.

Hadisənin görüntüsü redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca səbəb olaraq, qoşa xətti tapdalayaraq dönür.

Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.

Qeyd edək ki, hadisə aprelin 4-də baş verib. Kobud qayda pozuntusu barədə aprelin 5-də bizə məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinə və “BakuBus” şirkətinə müraciət etdik. Hadisə barədə suallarımızı qurum rəsmilərinə ünvanladıq. Lakin 17 gün keçməsinə baxmayaraq, məsələyə hələ də rəsmi cavab verilməyib.

Məqalədə : BakuBus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
640

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1179
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 07:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru