Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
11:50
984
`Hər kəs dilimizin orfoqrafiya normalarına riayət etməlidir`

“Mətbuat, təhsil işçiləri, yazıçı və şairlər, eləcə də yazı sənəti ilə məşğul olan hər bir şəxs yenicə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları əsasında bütün qaydalara riayət etməyə başlamalıdırlar”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib ictimaiyyətə təqdim edildiyi gündən qüvvəyə minib. Buna görə də Normalarda əks olunan qaydalara riayət olunmalıdır: “Normaları Baş Nazir Novruz Məmmədov təsdiq edib və artıq burada öz əksini tapan qaydalara riayət olunması zəruridir. Normaların əsasında Azərbaycan dilinin Orfoqrafiya lüğəti hazırlanır. Orfoqrafiya lüğəti may ayında hazır olacaq və sentyabr ayında isə nəşr olunaraq ictimaiyyətə təqdim ediləcək. Amma cəmiyyət lüğətin çapdan çıxmasını gözləməməlidir, hər bir şəxs sözlərin yazılış qaydasına riayət etməlidir. Yenə deyirəm ki, yeni Normalarda əks olunan sözlərin yazılışına riayət olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq. (report)

Məqalədə : orfoqrafiya normaları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
58

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
558
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 17:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru