Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
09:31
1603
BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər.

Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün keçirilən müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.

E.Bağırov əlavə edib ki, bu il müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün apreldə keçiriləcək müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

Nazirlik rəsmisinin sözlərinə görə, tədris ili ərzində müddətli əmək müqaviləsi ilə 3000-4000 müəllim işə qəbul edilir. Bu tədris ili üzrə isə 4000-dən çox müəllim müddətli müqavilə ilə işə qəbul edilib:

“Lakin onların hər biri vakant yerdə çalışmır. Müddətli əmək müqaviləsi ilə işləyənlərin bəziləri analıq məzuniyyətinə çıxmış və öz hesabına məzuniyyət götürən müəllimlərin əvəzinə işləyirlər. Ona görə də həmin müəllimlərin müqavilələrinin daimiləşdirilməsi nəzərdə tutulmur, çünki bu halda məzuniyyətinə çıxan şəxs işə çıxanda hazırda işləyən müəllimlə əmək müqaviləsinə xitam verilir”.

E.Bağırov bildirib ki, ötən il əmək müqavilələrinin daimiləşməsi üçün 2000-3000 müəllim müraciət etsə də, onların yalnız 500-ü müsabiqəni uğurla başa vurub. Lakin cari tədris ilində daha çox vakant yerin elan edildiyi və daha çox müəllimin müddətli müqavilə ilə işə qəbul olunduğu nəzərə alınarsa, bu il həmin sayın daha çox olacağı proqnozlaşdırılır.(Trend)

Məqalədə : müəllimlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
269

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
178

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
209

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
242

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
273

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
262

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
834

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
642
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 05:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru