Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
09:21
665
Nəqliyyatın intensiv hərəkət etdiyi küçələr bağlanır - SİYAHI

Bu gündən Bakıda Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə — «Azneft» meydanı istiqamətində — Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində — Üzeyir Hacıbəyov küçəsi ilə Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.

Belə ki, yarışlarla əlaqədar həmin küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Həmin istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyəddin Cəlilov — Yusif Səfərov, Yusif Səfərov — 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Eyni zamanda, Bakı şəhərində nəqliyyatın sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.

Məqalədə : Formula 1 Bakı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
177

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
917

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
136

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
273

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
151

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
202
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 00:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru