Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2019
18:02
1308
Türkiyənin ana müxalifət partiyasının sədrinə hücum olub - FOTO-VİDEO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Çubukda şəhid Yener Kırıkcının cənazə mərasimində bir qrup şəxsin hücumuna məruz qalıb.

FaktXəbər-in Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadən məlumatına görə, “Şəhidlər ölməz, Vətən bölünməz", "Məhv olsun PKK” şüarını səsləndirən bir qrup şəxs Kılıçdaroğluna yumruq və təpiklərlə hücum edib. Cangüdənlər, xüsusi xidmət orqanlarının əməkdaşları və polisin köməyi ilə partiya lideri mühafizə edilib.

Kılıçdaroğlunun konvoyunun avtomobillərinin şüşsi sındırılıb. Daha sonra Kılıçdaroğlu mühafizə üçün aparıldığı evdən zirehli maşınla çıxarılıb. 

Bu hücumdan sonra Ankara İcra Hakimiyyətindən qalmaqallı açıqlama yayımlanıb. Meriya hücumu "etiraz aksiyası" kimi dəyərləndirib.

Kamal Kılıçdaroğluna edilən hücumdan sonra Milli Müdafiə naziri Hulusi Akar da Kılıçdaroğlunun saxlanıldığı evin qarşısına gələrək, "əziz dostlarım, bu ana qədər mesajlarınızı verdiniz, etirazlarınızı göstərdiniz", - deyə bildirib.

CHP liderinin birinci müavini Yıldırım Kaya ərazidə çoxlu sayda təhlükəsizlik əməkdaşı olmasına baxmayaraq, onların hücumlara tamaşa etdiyini bildirib: "Təhlükəsizlik əməkdaşlarının geyimində olan çoxlu sayda insan var idi. Heç biri bizi qorumağa yönəlik addım atmadı. Ankaranın polis rəisi də var idi. Polis geyimində, jandarm geyimində olanlar bizi qorumaq üçün təşəbbüs göstərmədi. Cənazə namazında belə, hücum etdilər. "Cənab Kamal buraya niyə gəlmisən" şəklində qışqırırdılar. Bu işi edənlər bu kənddən, Çubukdan deyil. Hücum tam şəkildə planlaşdırılmış iş idi. Bizim öz mühafizəçilərimiz sədri qorumağa çalışdılar. Kamal Kılıçdaroğlu maşına minəcəyi vaxt avtomobilə hücum edib şüşələrini sındırdılar. Maşlnln nömrəsinə kimi, hansı maşına minəcəyinə kimi hər şeyi bilirdilər. Bu hadisələrə görə Daxili İşlər naziri istefa verməlidir. Milli Müdafiə naziri də orada  idi. Şəhid cənazəsinin dəfnin bu təcavüzə göz yumdular. Vali İstanbulda imiş. Şəhid cənazəsi olduğu halda valinin İstanbulda nə işi var, başa düşmədik."

Məqalədə : Kılıçdaroğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
ÖLKƏ
72

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
142

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
118

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1609
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru