Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2019
12:40
700
Havalar daha 4 gün pis keçəcək – DAŞHQIN TƏHLÜKƏSİ

Artıq bir neçə gündür ki, ölkə ərazisində havanın tempraturu aşağı düşüb, kəskin xarakterli yağışlar qeydə alınır. Havanın belə olması kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Babayev danışıb.

“Yağıntılar mövsümə uyğundur. Kənd təsərrüfatına heç bir ciddi ziyan dəyməyib. Adətən hər il  aprel ayının ortaları bu cür yağıntılar qeydə alınır. Dəmyə, taxıl əkilən ərazilərdə belə yağıntıların olması məhsula mənfi təsir göstərmir. Yağıntıların düşməsi suvarma ilə bağlı çətinliklərin də aradan qaldırılmasına kömək edir. Səpin prosesinin aparıldığı, əkin işlərinin yekunlaşdığı və taxılın ilkin biçişinin alındığı bir vaxtda bu cür yağışların olması kənd təsərrüfatının ziyanına yox, xeyrinədir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, kəskin hava şəraiti  aprel ayının 24-dək davam edəcək.

“Aprel ayının 19-u  gündüz saatlarından, 20-i səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan Muxtar Respublikasında,  Lənkəran-Astara zonasının bəzi ərazilərində hava şəraiti intensiv olub. Hazırda respublika ərazisində çaylarda gursululuq dövrüdür. Eyni zamanda yağan yağışlar nəticəsində də çaylarda suyun səviyyəsində  daha çox artım qeydə alınıb. Lənkərançay, Viləşçay və Qanıx çayı hansı ki, birbaşa   Mingəçevir su anbarına tökülür,  eyni zamanda Araz su anbarına tökülən Araz çayında da artım müşahidə edilib. Qeyd edim ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti aprel ayının 24-dək davam edəcək. Hava şəraitinin kəskin olması leysan xarakterli yağışların yağması daşqın yaranmasına səbəb olacaq”.(modern.az)

Məqalədə : Yağıntı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
37

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
278

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
126

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
121

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru