Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2019
12:10
672
FHN Müdafiə Nazirliyindən kömək istəyib

Fövqəladə Hallar Nazirliyi (FHN) Goranboyda baş verən yanğının söndürülməsi üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən kömək istəyib.

FHN-dən Faktxeber.com-a verilən məlumata görə, aprelin 20-si saat 08:10-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində fərdi yaşayış evində yanğın baş verməsi və evin içərisində azyaşlı uşağın qalması barədə məlumat daxil olub. 

Yanğının baş verdiyi ünvanın Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) hissələrindən aralı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə isə nisbətən yaxın yerləşdiyi nəzərə alınaraq, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisi tərəfindən Müdafiə Nazirliyinin əməliyyat növbətçisi ilə əlaqə yaradılıb və həmin hərbi hissədən kömək istənilib. 

Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi Hərbi Hissənin hərbi qulluqçuları tərəfindən 2017-ci il təvəllüdlü Hüseynova Mənsurə Sərdar qızı xilas olunub. Yanıq xəsarəti almış azyaşlıya hərbi hissənin tibbi personalı tərəfindən ilkin yardım göstərilib.

DYMX-nin müvafiq qüvvələri yanğın yerinə çataraq yanğının ətraf tikililərə keçməsinin qarşısını alıblar. Yanğın nəticəsində 1986-cı il təvəllüdlü Ağayev Sərdar Eyvaz oğluna məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
258

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
136

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
156

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
185

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
226

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
169
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 00:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru