Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Daxili İşlər Nazirliyi (DİN) yeni nəsil şəxsiyyət vəsiqələrinin 10 illik müddətə verilməsinə aydınlıq gətirib.
Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsini rəisi, polis mayoru Jalə Nəsibova ONA-nın sorğusuna cavabında bildirib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün müddətinə, şəxsiyyət vəsiqəsi 10 illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir.
Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.
Qeyd edək ki, 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
13
Dekabr
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
13
Dekabr
Azərbaycan XİN ABŞ Senatının "erməni soyqırımı"nın tanınmasına dair qətnaməsini pisləyib
13
Dekabr
İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq
13
Dekabr- 13-12-2019 19:50 "Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
- 13-12-2019 15:08 “Qarabağ veteranı” adıyla 135 min mənimsədi
- 13-12-2019 12:55 Baş nazir Ədliyyə Nazirliyi və Mərkəzi Banka tapşırıq verib
- 13-12-2019 11:56 Bakıda vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub - VİDEO
- 13-12-2019 10:31 Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
- 12-12-2019 19:50 Ağstafada əl qumbaraları tapılıb - FOTO
- 12-12-2019 15:09 Avropa Məhkəməsi AİP lideri ilə bağlı qərarını açıqlayıb
- 12-12-2019 13:36 OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıblar - SİYAHI
- 12-12-2019 12:41 DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb
- 12-12-2019 10:46 Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub
- 11-12-2019 17:15 Bakıda övladlarına işgəncə verən ata həbs edildi
- 11-12-2019 14:55 Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi
- 11-12-2019 14:51 Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
- 11-12-2019 14:46 Bərdədə evdə partlayış olub, xəsarət alan var
- 11-12-2019 12:10 Vilayət Eyvazov mayora yeni vəzifə verdi
- 11-12-2019 11:42 "EuroHome"da baş verən yanğınla bağlı cinayət işi başlanılıb
- 11-12-2019 11:22 Azərbaycanda vəzifəli şəxs ölkədən qaçdı - FOTO
- 11-12-2019 11:16 Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı
- 11-12-2019 11:09 Suriyada döyüşən azərbaycanlılara hökm oxunub
- 11-12-2019 10:50 Gecə Bakıda ağır qəza: yük maşını piyadaların üzərindən keçdi - VİDEO
- 10-12-2019 23:20 Millət vəkilinin avtomobili ilə qəza törədən şəxslə bağlı qərar çıxarıldı
- 10-12-2019 22:45 Sumqayıtda yol çökdü - FOTO
- 10-12-2019 21:51 “EuroHome”un qarşısında bədbəxt hadisə - Ölənlər var
- 10-12-2019 19:45 Yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib
- 10-12-2019 14:31 Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb