
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlayıb.
Departamentdən FaktXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanınmaksimaltemperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədək isti təşkil edəcək.
Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib
14
Aprel- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı
- 14-04-2021 12:09 Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
- 14-04-2021 11:14 “Space”də yoxlamalar başladı: Vaqif Mustafayevin dövrü araşdırılır
- 14-04-2021 09:36 Azərbaycanda Ramazan ayı başladı
- 13-04-2021 17:14 “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
- 13-04-2021 11:51 Hesablama Palatası Milli Məclisə hesabat verir
- 13-04-2021 11:30 Bu həftəyə olan hava proqnozu açıqlanıb
- 13-04-2021 11:07 AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi
- 13-04-2021 10:08 Ölkənin 25 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək
- 13-04-2021 09:46 Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
- 12-04-2021 16:50 Daha 1 151 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
- 12-04-2021 16:34 Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək