Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
16:57
533
Avtobusla qatarın toqquşmasına görə həbs olunanların məhkəməsi keçirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Şirəliyev özünü qismən təqsirli bilib, M.Fərəcov isə özünü günahkar bilmədiyini söyləyib.

Daha sonra sərbəst ifadə verən Ə.Şirəliyev deyib ki, Binə qəsəbəsindən keçən dəmiryolundakı şlaqban açıq olub "Həmin vaxt qatarı görmürdüm. Artıq avtobus qatara dəyəndə isə bunu hiss etdim. Hadisə zamanı qolu sınmışdı, tez camaatı düşürməyə başladım".

Prokuror qeyd edib ki, ekspertizanın rəyinə əsasən, hadisə günü Ə.Şirəliyev intoksikasiya yaradan preparat qəbul edib.

Ə.Şirəliyev isə bu rəylə razılaşmıyıb.

Məhkəmədə elan olunub ki, sürücü Ə.Şirəliyev yol-nəqliyyat hadisəsi ilə bağlı daha əvvəllər də cinayət mənsuliyyətinə cəlb edilib.

Digər təqsirləndirilən dispeçer M.Fərəcov isə səhhətində problem olduğundan ifadə vermək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 1-i saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Ə.Şirəliyevin 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha sonra dispeçer M.Fərəcov da saxlanılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 38 zərərçəkmiş var./Report

Məqalədə : avtobus qatar qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
146

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
887

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
107

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
240

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
120

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
174
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 22:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru