Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
16:21
1257
Azərbaycanda 3 ay ərzində 4909 nəfəri heyvan dişləyib

2019 -cu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfəri heyvan dişləyib.  FaktXeber.com-un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib. 

Məlumata görə, ötən ilin (2018) müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.

Məlumata əsasən, insanlara zərər 90% itlər tərəfindən yetirilib. Heyvanlar tərəfindən insanlara yetirilmiş zərərin əsasən 40 %-i təhlükəli lokalizasiyanın ( əl, üz, baş, boyun ), 60%-i isə aşağı ətrafların payına düşür. 

"Heyvan tərəfindən dişlənmə, cırmaqlanma və tüpürcəklənmə baş verdikdə dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır. Zərərçəkmiş şəxsə öncə ilkin tibbi yardım ( yaranın yaxşı yuyulması, işlənməsi ) göstərilməli, sonra isə sxemə uyğun antirabik peyvənd kursu tətbiq olunmalıdır. Təhlükəli nahiyələrdən zədə almış şəxslərə isə antirabik immunoqlobulin vurulmalıdır", - deyə qeyd olunub. 

Məqalədə : heyvan dişləyib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
641

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 07:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru