Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
14:18
770
DİM kolleclərə qəbul üçün müsabiqə şərtlərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət edib.

Faktxeber.com DİM-ə istinadən verdiyi xəbərə görə, müraciətdə imtahanın hər iki mərhələsi üzrə toplanıla bilən bal və kolleclərə qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb.

Bildirilib ki, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir, birinci mərhələdə şagirdlərə 45, ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.

“Buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.

Qayadalara əsasən, IX sinfi cari ildə bitirənlər üçün kolleclərə qəbul da buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır. Qeyd elədik ki, birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Deməli, şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər. İkinci mərhələdə isə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla cəmi 210 baldır. Beləliklə, hər iki mərhələnin nəticəsinə görə şagirdlər maksimal olaraq 300 bal toplaya bilərlər. Misal üçün hər hansı bir abituriyent imtahanın birinci mərhələsindən 60, ikinci mərhələsindən isə 140 bal toplayıbsa, ümumi balı 200 olacaq və bu balın əsasında kollecə qəbul olmaq üçün müsabiqədə iştirak edəcək. Kolleclərin müsabiqəsində ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
269

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
178

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
209

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
242

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
273

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
262

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
834

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
640
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 05:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru