Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
13:35
310
Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb - FOTO

Səbail Rayon Polis İdarəsi (RPİ) və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev polis tərəfindən saxlanılıb.

Onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib. T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib.

Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, “ərəb” ləqəbindən istifadə edərək satırmış.

Faktla bağlı 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə : narkotacir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

24

May
14:31
İQTİSADİYYAT
1253

Məşhur şirkətdən "Huawei"yə zərbə

24

May
14:26
İQTİSADİYYAT
652

Milli Oftomologiya Mərkəzi Şəkidə də açılacaq

24

May
14:21
AİLƏ, SAĞLAMLIQ
787

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1424

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1375
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 14:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru