Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
10:03
1021
Təhsildən danışıb, nöqsanlarla dolu olan təhsil müəssisələri - SİYAHI

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. 

FaktXəbər bildirir ki, bunlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU). 

Bu təhsil ocaqları 2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq  7, 6 və 5 dəfə pozublar. 

Belə ki, dövlət satınalmaları ilə bağlı nöqsanlara isə ATU-da 3, BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı ATU 4, akademiya 4, BSU isə 6 nöqsana yol verib.

Bundan başqa, qeyd olunan dövrdə ATU-da əsaslı qoyuluşlar üzrə nöqsanlar 2, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 1, vergi və gömrük qanunvericiliyinin pozulması isə 2 dəfə baş verib.

BTİA-nın büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətində də 1 nöqsan qeydə alınıb.

Ümumilikdə, bu ali təhsil müəssisələrində il ərzində baş vermiş nöqsanların yekun sayı müvafiq olaraq 19, 16 və 17-dir.

Məqalədə : Hesablama Palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda Qədr gecəsi - FOTOREPORTAJ

25

May
11:11
ÖLKƏ
40

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
142

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
118

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1609
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru