Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
19:56
Nəsimi və Yasamal rayonlarında qaz olmayacaq

Bakının Nəsimi rayonun qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Faktxeber.com-a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 19-u saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə : Nəsimi Yasamal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qubada məktəb binası yandı

13

Dekabr
19:20
ÖLKƏ
130

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
284
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 20:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru