Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
17:50
1031
Zədələnmiş əskinas ancaq bu şərtlərlə dəyişdirilir - RƏSMİ

Son zamanlar mətbuatda, xəbər portallarında və sosial şəbəkələrdə ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqların (bankomatlar, cash-in avadanlıqlar, ödəniş terminalları və s.) zədələnmiş, əzilmiş, korlanmış, cırılmış, deşilmiş, müxtəlif vasitələrlə hissələri yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı yaranmış çətinliklər barədə məlumatlar yayılmaqdadır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

“Ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqları müxtəlif kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsusdur və bu avadanlıqlara onlar tərəfindən xidmət olunduğundan adaptasiya prosesləri həmin təşkilatlar tərəfindən həyata keçirilir.

Nağd ödəniş avadanlıqlarının quraşdırılması zamanı pul nişanlarının keyfiyyət parametrlərindən (saxta olmayan, çirklənməmiş, zədələnməmiş, əzilməmiş, korlanmamış, cırılmamış, deşilməmiş, əlavə vasitələrlə hissələri yapışdırılmamış) asılı olaraq onların adaptasiyası həyata keçirilir. Bu zaman saxta və dəyəri ödənilməyən pul nişanlarının nağd ödəniş avadanlıqları tərəfindən qəbul edilməməsi və bu sahədə müvafiq risklərin minimallaşdırılması məqsədilə belə avadanlıqları istismar edən kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatları tərəfindən müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pul nişanlarının qəbuluna ciddi məhdudiyyətlər tətbiq edilir.

Qanunvericiliyə uyğun olaraq, müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pulların dəyərinin ödənilməsi yalnız onların ekspertizasının həyata keçirilməsindən sonra müəyyən edilə bilər. Belə ki, tədavülə yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarının dəyəri ödənilir. Bununla əlaqədar qanunvericiliyə əsasən AMB və onun ərazi idarələrinə və yaxud ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət oluna bilər”, - deyə açıqlamada qeyd olunub

Məqalədə : Zədələnmiş manat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
197

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
928

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
147

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
291

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
165

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
217
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 01:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru