Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
14:10
435
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,9 mln. ton yük daşınıb ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1% çoxdur.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən xəbərə görə, yüklərin 3%-i dəniz, 6,9%-i dəmir yolu, 0,1%-i hava, 59,3%-i avtomobil nəqliyyatı, 30,7%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79% təşkil edib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3,5 milyon ton yük daşınıb, bu da 2018-ci ilin yanvar-mart ayıları ilə müqayisədə 8,2% çoxdur.

Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1,54 mln. ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4% azalıb. Yüklərin 30,6%-i neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2,1 mln. ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1,9 mln. tonunu və ya 89,4%-ni tranzit yüklər təşkil edib. Bu il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,1 min ton olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,2 mln. ton yük daşınıb (2,3% artım). Hava nəqliyyatı ilə yükdaşıma 10,8% azalaraq 45,3 min tona çatıb.

Məqalədə : dəmir yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
303

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
170

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
193

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
220

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
266

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
205
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 04:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru